Meksika səfiri: Azərbaycan böyük tədbirlərin təşkilində həmişə çox uğurlu olub, WUF13 də istisna deyil
Bu, çox xüsusi forumdur. Meksika Azərbaycanın bir çox böyük tədbirlərində iştirak edib, amma bu tədbir xüsusilə önəmlidir.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero deyib.
"Çünki burada çox böyük Meksika nümayəndə heyəti iştirak edir və ən əsası, Bakıdan sonra Ümumdünya Şəhərsalma Forumu Mexiko şəhərində keçiriləcək"- deyə səfir əlavə edib.
O qeyd edib ki, bu, Azərbaycana Mexiko şəhərini göstərmək, eyni zamanda təcrübə mübadiləsi aparmaq imkanı yaradır: “Əlbəttə, Azərbaycan böyük tədbirlərin təşkilində həmişə çox uğurlu olub. Bu tədbir də istisna deyil. Biz çox xoşbəxtik və fəxr edirik ki, burada pavilyonumuz var. Burada şəhərsalma proqramlarımız, həmçinin qədim mədəniyyətimizdən müəyyən elementlər təqdim olunur. Azərbaycanda bəzən mədəniyyət elementlərimizi təqdim edirik, amma bu dəfə biz rəqqaslar da gətirmişik. Ümid edirik ki pavilyonumuza yaxınlaşmaq, Mexiko şəhərinin urbanistika sahəsində gördüyü işlərlə tanış olmaq imkanınız olacaq".
Oxşar xəbərlər
Meksika səfiri ölkəsinin Müstəqillik Gününü Şuşada qeyd edib
Həsən Al-Attas: Azərbaycanda mənzil tikintisi layihələri diqqət çəkir
Meksikanı COP29-da kimlərin təmsil edəcəyi məlum olub
“Urban Expo” sərgisində Meksika pavilyonunun açılışı olub
“Urban Expo” sərgisində Meksika pavilyonunun açılışı olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
