Oleksiy Kuleba Azərbaycanın İrpenin bərpasına verdiyi töhfəni yüksək qiymətləndirib
sizinxeber.az xəbər saytı

Oleksiy Kuleba Azərbaycanın İrpenin bərpasına verdiyi töhfəni yüksək qiymətləndirib


Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba Azərbaycanın Ukraynanın İrpen şəhərinin infrastrukturunun bərpasına verdiyi töhfəni yüksək qiymətləndirib.

"Report" xəbər verir ki, bu barədə Kuleba Bakıda WUF13 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Kulebanın sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasında yaşayış məntəqələrinin bərpası sahəsində məhsuldar əməkdaşlıq formalaşıb.

"Bizim Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var. Burada bizimlə həmçinin İrpen nümayəndəsi - İrpen şəhər şurasının katibi Anjela Makeyeva da var. Azərbaycan bizə İrpendəki bəzi obyektləri bərpa etməyə kömək edir və bizim üçün burada olmaq və bu məsələləri hökumətlərin nümayəndələri ilə birgə müzakirə etmək simvolik məna daşıyır", - Ukraynanın baş nazirinin müavini qeyd edib.

O, həmçinin Ukraynada yeraltı məktəblərin tikintisindən danışıb.

"Bu gün Ukraynada artıq 20-dən çox yeraltı məktəb var və 2025-ci il sentyabrın 1-dən uşaqlar orada təhsil alır. Bu, bizim yeni reallığımızdır", - O. Kuleba bildirib.

Baş nazirin müavini təəssüflə vurğulayıb ki, Ukrayna Rusiyanın başlatdığı müharibə səbəbindən ağır təcrübə yaşayıb və WUF13 forumunda yaşanan faciələr barədə danışmaq istəyir.

Oxşar xəbərlər

Oleksiy Kuleba: Altı milyon ukraynalı öz evindən didərgin düşüb
Ukraynanın İrpen şəhər Şurası Prezident İlham Əliyevi fəxri vətəndaşı elan edib
Kuleba: Trampa Ukraynada ədalətli sülhün əldə edilməsi istiqamətində apardığı siyasətə görə minnətdarıq
Aleksey Kuleba və Marta Kos Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə ediblər
Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər