Annalena Berbok: WUF13 mühüm bir dövrdə keçirilir
Əlçatan, təhlükəsiz və layiqli yaşayış yerləri fundamental insan hüququdur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasının Prezidenti Annalena Berbok videomüraciəti zamanı bildirib.
O qeyd edib ki, dünyada 1 milyard 100 milyondan çox insan hələ də qeyri-rəsmi yaşayış məntəqələrində və ya xarabalıqlarda yaşayır.
"Bunun nəticələri yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Təhlükəsiz yaşayış şəraiti olmadıqda sağlamlıq zəifləyir, təhsil prosesi pozulur, risklər daha da artır. Bərabərsizlik dərinləşir, icmalar iqlim şokları və böhranlar qarşısında daha aciz qalır".
O bəyan edib ki, WUF13 mühüm bir dövrdə keçirilir:
"Forum bir tərəfdən yaşayış yerləri ilə bağlı böhranı diqqət mərkəzinə gətirir, digər tərəfdən isə dayanıqlı şəhərsalma sahəsində tədbirlərin həyata keçirilməsi üçün imkan yaradır. Bu tədbirin keçirilməsi qarşımızda duran məsuliyyəti daha da artırır. Bu miqyasda davam edən böhranın sadə həlli yoxdur. Daha çox yaşayış evlərinin inşası zəruridir", – deyə o vurğulayıb.
Oxşar xəbərlər
Nqa Kor Minq: Dünyada 2,8 milyard insan qlobal mənzil böhranı ilə üzləşib
WUF13 rəsmisi: Dünyada 3,3 milyard insan yaşayış yeri problemi ilə üz-üzədir
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti seçilib
UN-Habitat Assambleyasının prezidenti: Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
