Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib
Azərbaycanın Sofiyadakı (Bolqarıstan) səfiri Elmar Məmmədov öz etimadnaməsini Bolqarıstan Prezidenti İliyana Yotovaya təqdim edib.
Bu barədə "Report" Azərbaycanın Bolqarıstandakı səfirliyinə istinadən xəbər verir.
Mərasim zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Prezidentinə çatdırıb.
Diplomatik missiyada qeyd edilib ki, səfir Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyini ifadə edib.
"Tərəflər 2015-ci ildə Azərbaycan və Bolqarıstan Respublikası arasında qurulmuş strateji tərəfdaşlığı təsdiqləyib və ikitərəfli gündəliyin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar", - səfirliyin məlumatında bildirilib.
Oxşar xəbərlər
Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub
Azərbaycanın Dominikandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO
Azərbaycan və Bolqarıstan 2030-cu ilədək Mədəni Əməkdaşlıq Proqramı imzalayacaq
Nazir: Azərbaycandan birbaşa investisiyaların həcminin artırılması Bolqarıstan üçün prioritetdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
