Yuri Qusev: Kiyev Ukraynanın bərpası üzrə konfransda Azərbaycanın iştirakına ümid edir
sizinxeber.az xəbər saytı

Yuri Qusev: Kiyev Ukraynanın bərpası üzrə konfransda Azərbaycanın iştirakına ümid edir


Ukrayna tərəfi 25-26 iyun tarixərində Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş konfransda Azərbaycanın yüksək səviyyədə iştirakına ümid edir.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Sizinxeber.az"a müsahibəsində bildirib.

"Biz nikbin əhval-ruhiyyədəyik və Azərbaycanın bu ilin iyununda Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın bərpası üzrə konfransda iştirak edəcəyini gözləyirik", - diplomat bəyan edib.

Bununla yanaşı, o xatırladıb ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın bərpası üzrə əvvəlki konfranslarda iştirak edib.

"Biz Azərbaycanın bu il də yüksək səviyyədə təmsil olunacağını gözləyirik", - o qeyd edib.

Səfir bildrib ki, tərəflər iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi məsələsini müzakirə etməyə davam edirlər.

"Azərbaycanlı dostlarımız və tərəfdaşlarımızla bu il Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə dialoqumuz davam edir. Bu görüşün tarixlərini və gündəliyini müzakirə edirik. Bu ilin sonunadək bu iclası 2025-ci ildə Bakıda baş tutmuş əvvəlki iclas kimi məhsuldar şəkildə keçirə biləcəyimizə ümid edirik", - diplomat vurğulayıb.

Oxşar xəbərlər

Ukrayna Azərbaycanın Roma konfransında iştirak qərarını alqışlayır
Yuri Qusev: Kiyev və Bakı neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edirlər
Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər
Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq
Ukrayna səfiri: Kiyev Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər