Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib - FOTO
sizinxeber.az xəbər saytı

Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib - FOTO


Bu gün Bolt şirkəti Sea Breeze Resort-da ilk Azərbaycan Təhlükəsizlik Konfransını təşkil edib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, o cümlədən Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), AZCON, İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),sürücü tərəfdaşlar, tələbələr iştirak edərək yol təhlükəsizliyi və təhlükəsizlik standartlarının inkişafı mövzularını müzakirə ediblər.

Konfransın əsas məqsədi Azərbaycanda yol təhlükəsizliyi sahəsində maarifləndirməni artırmaq, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək və təhlükəsiz mobillik standartlarının inkişafına töhfə vermək olub. Tədbirin moderatorları Bolt-un Regional Dövlət əlaqələri üzrə Meneceri Yuliya Maliç və Bolt for Business üzrə Baş Meneceri Salman Babazadə olublar.

Tədbirin açılışında çıxış edən Bolt-un Dövlət əlaqələri üzrə Direktoru Tom Tuksvort (Tom Tuxworth) şirkətin təhlükəsizlik və uyğunluq sahəsində həyata keçirdiyi təşəbbüslərdən danışıb.

Tom Tuksvort çıxışında Azərbaycanda tətbiq olunan təhlükəsizlik həllərinə də toxunub. Bildirilib ki, Bolt platformasında hər səfər sürücünün selfi təsdiqi ilə başlayır, bütün səfərlər real vaxt rejimində izlənilir və həm sürücülər, həm də sərnişinlər üçün tətbiqdaxili SOS funksiyası mövcuddur.

Bolt-un təqdim etdiyi məlumata görə, platformadakı səfərlərin 99.9%-i heç bir təhlükəsizlik insidenti qeydə alınmadan tamamlanır. Şirkət həmçinin qeyd edib ki, tətbiqdaxili təhlükəsizlik funksiyalarından istifadə davamlı olaraq artır. Hazırda sərnişinlərin təxminən yarısı səfər paylaşımı funksiyasından istifadə edir, 400 mindən çox istifadəçi etibarlı əlaqə şəxslər” funksiyasını aktivləşdirib, audio səfər qeydi funksiyasının istifadəsi isə 40%-dən çox artıb.

Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) prezidenti Vüsal Rəcəbli isə çıxışında yol təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sürücü davranışları və maarifləndirmənin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən AZCON-un Sistem Direktoru Samir Əliyev yol təhlükəsizliyi sahəsində mövcud çağırışlardan və sürücülərin gündəlik qarşılaşdığı problemlərdən danışıb.

Tədbir çərçivəsində Qlobal Platformalarda təhlükəsizlik sahəsində adlı sessiya keçirilib. Sessiyada Bolt nümayəndəsi Ketrin Merser (Katherine Mercer), qadın sürücü Gülnaz Kazımzadə, AmCham Təchizat Komitəsinin sədr müavini Paşayeva Maarifə və AMAK direktoru Vüsal Rəcəbli təhlükəsizliyi müzakirə ediblər.

Çıxışı zamanı Maarifə Paşayeva Bolt-un Azərbaycanda istifadəyə verdiyi Video müşahidə” təhlükəsizlik həlli barədə də məlumat verib. Bu xidmət çərçivəsində sərnişinlər səfərin 360 dərəcəlik videosunu real vaxt rejimində yaxınları ilə paylaşa bilir. Xüsusi təhlükəsizlik komandası isə səfərləri izləyərək fövqəladə hallarda operativ reaksiya göstərir.

Konfrans çərçivəsində Bolt Azərbaycan-ın Baş Meneceri İlkin Zeynallı və Sabah.Hub İnnovasiya Mərkəzinin İdarə heyətinin üzvü Orxan Abbasov arasında memorandumun imzalanması da elan olunub. Əməkdaşlıq çərçivəsində innovasiya, təhsil və təhlükəsizlik istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Konfrans zamanı 2025-ci il üzrə ən peşəkar və təhlükəsiz xidmət göstərən sürücü tərəfdaşlar Bolt Academy çərçivəsində mükafatlandırılıb. Eyni zamanda, yol təhlükəsizliyi mövzusunda təşkil olunan tələbələrarası müsabiqədə fəal iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər

Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq
“Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı” adlı elmi-praktiki konfrans keçirilib
"Minasız Azərbaycan” yaradıcılıq müsabiqəsinin qalibləri seçilib
Bakıda Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısı keçirilir - FOTO
XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər