"Vindzor Kral Atçılıq Şousu - 2026" uğurla başa çatıb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən "Vindzor Kral Atçılıq Şousu" uğurla başa çatıb.
Bu barədə "Report"a Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ atlarının qorunması və dünya miqyasında tanınması istiqamətində mühüm işlər görülüb, əhəmiyyətli addımlar atılıb.
"Görülmüş məqsədyönlü tədbirlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca əhəmiyyətli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı "Vindzor Kral Atçılıq Şousu"nda Azərbaycanın layiqincə tanıdılmasıdır", - məlumatda qeyd olunub.
Qeyd olunub ki, Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və rəqs ansamblı Azərbaycanı "Vindzor Kral Atçılıq Şousu"nda növbəti dəfə uğurla təmsil edib, göstərdikləri performansları, qədim tarix və milli geyimləri əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarıblar.
Tədbir zamanı milli musiqi alətlərində səslənən musiqilər, "Sərhədçi" rəqs ansamblının enerji dolu rəqsləri və DSX-nin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçısının rəğbətini qazanıb.
"Vindzor Kral Atçılıq Şousu"nda ölkəmizin zəngin mədəniyyətini əks etdirən sənət nümunələri təqdim edilib, Heydər Əliyev Fondunun təşkil etdiyi və maraqla qarşılanan Azərbaycan pavilyonu barədə qonaqlara ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və əsrlər boyu formalaşmış yüksək sənət ənənələrinin ifadəsi kimi Şirvan xalçası və Faik Hacıyevin əsəri olan "Dilbaz atı üzərində Azərbaycan döyüşçüsü" heykəli hədiyyə edilib.
Tədbirin yekununda "Land of Fire – Azerbaijan" polo komandasının Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən "Guards" polo komandası ilə dostluq görüşü keçirilmiş və görüş təmsilçimizin 7-5 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Britaniyada Qarabağ atlarının qatıldığı “Vindzor Kral Atçılıq Şousu” keçirilib - FOTO - VİDEO
Qarabağ atlarının nümayiş etdirildiyi “Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb - VİDEO
Qarabağ atları Britaniyada “Vindzor Kral Atçılıq Şousu”na qatılacaq
Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib
Birləşmiş Krallıqda “Vindzor Kral Atçılıq Şousu - 2025” start götürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
