Nigar Arpadarai: Azad edilmiş ərazilərdə bərpa işləri dayanıqlılıq prinsiplərinin tətbiqi üçün imkanlar yaradır
sizinxeber.az xəbər saytı

Nigar Arpadarai: Azad edilmiş ərazilərdə bərpa işləri dayanıqlılıq prinsiplərinin tətbiqi üçün imkanlar yaradır


Plastik tullantılar bu gün ekosistemlərə zərər vurur, biomüxtəlifliyi təhdid edir, turizm və ərzaq sistemlərinə mənfi təsir göstərir, eyni zamanda insan sağlamlığı üçün ciddi risklər yaradır.

APA xəbər verir ki, bu barədə WUF13 çərçivəsində təşkil olunan "Plastik çirklənməsi ilə mübarizə: yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" tədbirində Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, çirklənmə sərhəd tanımadığı üçün bu problemin həlli regional əməkdaşlığın gücləndirilməsini tələb edir.

Nigar Arpadarai vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində praktik iqlim tədbirləri, inklüziv tərəfdaşlıqlar və dayanıqlı şəhər inkişafı əsas prioritetlərdən biri kimi irəli sürülüb.

"Vətəndaş cəmiyyəti təşkilatları ictimaiyyətin səfərbər edilməsində və hesabatlılığın təmin olunmasında mühüm rol oynayır. Özəl sektorun isə xüsusilə qablaşdırma, istehsal və təchizat zənciri sahələrində öhdəliklərdən real və ölçüləbilən fəaliyyətə keçməsi vacib hesab olunur", - Nigar Arpadarai qeyd edib.

Parlament səviyyəsində də ekoloji məsələlərin mütəmadi müzakirə olunduğu vurğulanaraq, ətraf mühit, energetika və təbii ehtiyatlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımların atıldığı qeyd edilib.

Nigar Arpadarai bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri müasir dayanıqlılıq prinsiplərinin tətbiqi üçün yeni imkanlar yaradır.

Oxşar xəbərlər

Nigar Arpadarai: Azərbaycan turizm məsələsini iqlim siyasətinə daxil edən ilk ölkələrdəndir
Nigar Arpadarai: COP-29-un əsas müzakirə mövzusu maliyyədir
Nigar Arpadarai: Hazırda COP29 ilə bağlı işlər qrafikə uyğun olaraq davam etdirilir
Nigar Arpadarai: COP29-un əsas mövzusu maliyyə olacaq, özəl sektoru buna cəlb etməyi düşünürük
Nigar Arpadarai: Karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacımız var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər