Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Sizinxeber.az"a bildirilib ki, görüşdə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal urbanizasiya gündəliyi baxımından əhəmiyyəti, Azərbaycan və Türkiyənin şəhərsalma və yenidənqurma təcrübəsi, bu sahədə parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.
A.Əmiraslanov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında Türkiyənin geniş nümayəndə heyəti ilə təmsil olunmasını və aktiv iştirakını yüksək qiymətləndirib. Qeyd olunub ki, WUF13 Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan nüfuzunun növbəti təsdiqidir. Diqqətə çatdırılıb ki, Azərbaycan şəhər və kəndlərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, dayanıqlı infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm təcrübə əldə edib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri, həmçinin müasir baş planlar əsasında aparılan yenidənqurma işləri beynəlxalq urban inkişafı baxımından nümunəvi təcrübə kimi qiymətləndirilir.
Göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirən TBMM-in İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, forumun şəhərsalma, infrastruktur və dayanıqlı inkişafla bağlı müasir çağırışların müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb.
Tədbirdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, komitə üzvləri Əli Məsimli, Aydın Hüseynov, Vüqar Bayramov, Müşfiq Cəfərov, TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-in üzvləri Hulusi Şentürk, Mervan Gül, Hüseyin Yıldız, Cem Avşar çıxış ediblər, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi barədə fikirlərini bildiriblər.
Görüşdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının urban siyasəti müstəvisində genişləndirilməsi, regional əməkdaşlıq və parlament diplomatiyasının gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilib
Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək
WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Səfir: Banqladeş WUF13-ə yüksək səviyyəli nümayəndə heyəti ilə qatılacaq
BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
