BMT nümayəndəsi: Afrika xalqları bu gün də tarixi zülmün nəticələri ilə üz-üzədir
"Hər il dünyada irqçilik, sosial bərabərsizlik, ksenofobiya ilə üzləşmək riskləri artır. Bunlardan heç kim sığortalanmayıb".
APA xəbər verir ki, bu sözləri BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun üzvü Pastor Martines Bakıda təşkil olunan "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda beynəlxalq elmi konfransda deyib.
Onun toxunduğu daha bir məsələ isə müstəmləkəçilik siyasətinə məruz qalan xalqların üzləşdiyi ciddi çətinliklərlə bağlı olub.
Pastor Martines ki, Afrika xalqlarının nümayəndələri gender bərabərsizliyi və müstəmləkəçilik ilə bərabər quldarlıq zülmünə də məruz qalıb:
"Bu faktor özünü indiyədək göstərir. Bu gün isə onların qarşısında miqrasiya böhranı, irqçilik və bu zəmində zorakılıq da dayanır. Bu problemlərə bir də iqlim dəyişikliyi məsələsi də daxil olub. Bu gün Bakı əvvəllər gözardı edilən xalqların problemlərinin səsləndirildiyi platformaya çevrilib. Biz bu platformadan yaralanıb, məqsədlərimizə nail olmalıyıq. Məqsəd isə müstəmləkədən xilas olub, müqəddəratımızı müstəqil şəkildə özümüzün müəyyən etməsidir. Belə bir şəraitdə müstəmləkə xalqlarının Şimali və Cənubi Amerikada qlobal irsin formalaşmasında iştirakını da xatırlatmaq istəyirəm. Bu məsələ unudulmamalıdır".
Oxşar xəbərlər
Abbas Abbasov: Müasir müstəmləkəçiliyin istənilən formaları insan hüquqlarının pozulmasına yönəlib
Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda konfrans keçiriləcək
Kemi Seba "Afrikada Fransanın Neokolonializm Siyasəti" konfransında məruzə ilə çıxış edib
BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda müstəmləkəçiliyin tanınması ilə bağlı petisiya başladılıb - FOTO
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
