Daha bir xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2026
23:00
ff aaaaaaa

Daha bir xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ

13 may, 2026
23:00
887

Daha bir xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və inzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu tutduqları vəzifələrdən ayrılıblar.

Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub.

Qeyd olunur ki, müəssisədə idarəetmə və təşkilati struktur üzrə dəyişikliklərin davam etdirilməsi nəzərdə tutulur.

Daha bir xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ

Fotoda: Elnur Mahmudov

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul