Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2026
15:30
0
0
1 174
ff aaaaaaa

Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək

16 may, 2026
15:30
1 174

Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək

Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağında tətbiq olunan "SİMA Pay" mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq.

Bu barədə "Sizinxeber.az"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, rəqəmsallaşan dəmir yolları sərnişinlərin həyatını asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək.

Xatırladaq ki, mayın 15-də ADY ictimai nəqliyyatda ilk dəfə olaraq "SİMA Pay" – üztanıma ödəniş sisteminin tətbiqinə başlayıb. Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul