İtaliyanın Azərbaycandakı səfiri iki ölkə arasındakı münasibətlərdən danışıb
"Azərbaycanla energetika sektorunda etibarlı tərəfdaşlığın qurulması ölkəmiz üçün prioritet təşkil edən məsələdir".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko deyib.
O, hər iki tərəfdən yüksək səviyyəli səfərlərin İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunun bariz nümunəsidir:
"İtaliya şirkətləri bir çox sahələrdə olduğu kimi idman sektorunda da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanla energetika sektorunda etibarlı tərəfdaşlığın qurulması ölkəmiz üçün prioritet təşkil edən məsələdir. Bu xüsusda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun ölkəmizə sonuncu səfərini önəmini qeyd etmək istəyirəm. Qarşılıqlı səfərlər çərçivəsində biz dəfələrlə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğumuzu qeyd etmişik. Hesab edirəm ki, bu kimi səfərlər İtaliya ilə Azərbaycan arasında son dərəcə dayanılqlı və məhsuldar əlaqələrin mövcud olduğunu göstərir".
Oxşar xəbərlər
Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub
Pakistanın yeni səfiri: Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq
Səfir: Pakistanla Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq
Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
