İran XİN ABŞ-nin sülh təklifini təhdid adlandırıb
sizinxeber.az xəbər saytı

İran XİN ABŞ-nin sülh təklifini təhdid adlandırıb


İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, ABŞ-nin hücumları dayandırmasına səbəb kimi danışıqlara şans verdiyini bəyan etməsi təhdid formasında sülh təklifidir.

"Report" xəbər verir ki, K. Qəribabadi bunu "X" sosial şəbəkə hesabında yazıb.

"İran, həmrəy və qətiyyətli şəkildə istənilən hərbi müdaxiləyə qarşı durmağa hazırdır", - o bildirib və əlavə edib ki, Tehran üçün təslim olmağın mənası yoxdur.

Onun sözlərinə görə, iranlılar ölümü nəzərə alaraq qələbəyə kökləniblər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

İran XİN: Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
Levitt: Tramp İranın üçmərhələli danışıqlar barədə təklifini müzakirə edib
İran ABŞ sanksiyalarını dəstəkləyən ölkələrin gəmilərinin Hörmüzdən keçidini bloklayacaq
Marko Rubio: İran raket ehtiyatlarının yarısını saxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər