Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşüb


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüşüb.

APA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Nazir Kəmaləddin Heydərov səfir Luka Di Canfrançeskonu səmimi salamlayaraq, Azərbaycan və İtalya arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu, iki ölkə arasındakı çoxşaxəli əlaqələrin sürətlə genişləndiyini xatırladıb.

Nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər və Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə səfirə ətraflı məlumat verib, Azərbaycan Respublikası və İtalya Respublikasının fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın perspektivlərindən danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko iki ölkə arasındakı əlaqələrin daim inkişaf etdiyini bildirib. O, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin qarşılıqlı faydasından danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan və İtaliya arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub
Kəmaləddin Heydərov Belarus səfiri ilə görüşüb
Kəmaləddin Heydərov Pakistan səfiri ilə görüşüb
Kəmaləddin Heydərov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb - VİDEO
Kəmaləddin Heydərov Misir səfiri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər