Braziliya Aİ-nin ət idxalını məhdudlaşdırmaq qərarının səbəb olduğu itkiləri hesablayıb
sizinxeber.az xəbər saytı

Braziliya Aİ-nin ət idxalını məhdudlaşdırmaq qərarının səbəb olduğu itkiləri hesablayıb


Braziliya Avropa İttifaqının (Aİ) bu ölkənin ət məhsullarının tədarükünü məhdudlaşdırmaq qərarı ilə əlaqədar 1,8 milyard dollardan çox zərər çəkə bilər.

"Report" xəbər verir ki, bu məlumatları yerli "Brasil 247" portalı təqdim edib.

Məlumata görə, Aİ yalnız Çindən geri qalaraq Braziliya ətinin ən böyük alıcıları arasında ikinci yeri tutur. 2025-ci il ərzində Avropa ölkələri bu məhsuldan 368 min tondan çox idxal edib və əsas pay mal ətinin üzərinə düşüb.

Nəşr qeyd edib ki, Aİ-yə üzv dövlətlər daha əvvəl Braziliya məhsullarının müəyyən edilmiş sanitariya tələblərinə cavab verməməsi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər barədə qərar qəbul edib. İradlar xüsusən də mal-qaranın həyat dövrünün bütün mərhələlərində mikrob əleyhinə vasitələrin tətbiqinə aiddir.

Braziliya hökuməti "Avropa İttifaqının bu qərarına yenidən baxılması və ölkənin ixrac tədarüklərinə buraxılmış dövlətlər siyahısına bərpa edilməsi üçün təxirəsalınmadan bütün zəruri addımları atmağa" hazır olduğunu artıq bəyan edib.

Oxşar xəbərlər

Braziliya ABŞ-nin rüsum siyasətinə cavab hazırlayır
Braziliya Azərbaycana yeni aqrar məhsulların tədarükü üçün icazə əldə edib
Braziliya ABŞ-nin tarif tədbirləri ilə bağlı ÜTT-yə şikayət edib
Braziliya ABŞ-yə analoji tariflərlə cavab verməyi düşünür
Braziliya Prezidenti: İqlim dəyişikliyinə görə əsas məsuliyyət inkişaf etmiş ölkələrin üzərinə düşür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər