ABŞ Asiya ölkələri ilə təlim keçirir - Rusiya narahatdır
ABŞ ilə Mərkəzi və Cənubi Asiya ölkələrinin hərbi qulluqçuları iyun ayında birgə hərbi təlimlər keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, bu, ABŞ və region ölkələri hərbçilərinin iştirak etdiyi 30-cu “Regional Əməkdaşlıq” təlimi olacaq.
Bildirilib ki, təxminən on iki ölkədən olan hərbi qulluqçular əməliyyat bacarıqlarını təkmilləşdirmək, hazırlığı artırmaq və regional təhlükəsizlik əməkdaşlığını təşviq etmək üçün ABŞ-da təlim keçəcəklər.
Eyni zamanda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edib ki, Qərb bu regionu öz məqsədləri üçün yenidən formalaşdırmaq cəhdlərini davam etdirir və Mərkəzi Asiya ölkələrini Rusiyanın təhlükəsizliyinə təhdid yaratmaq üçün plasdarma çevirməyə çalışır.
Oxşar xəbərlər
KTMT Mərkəzi Asiyada hərbi təlimlər keçirəcək
Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır - RƏY
Yaponiya Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Alibek Bakayev: Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərin möhkəm qurulması üçün bütün şərait yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
