Samir Məmmədov: "Azərbaycan süni intellekt və məlumat mərkəzləri üçün regional hab olmağa hazırlaşır"
sizinxeber.az xəbər saytı

Samir Məmmədov: "Azərbaycan süni intellekt və məlumat mərkəzləri üçün regional hab olmağa hazırlaşır"


Azərbaycan özünü süni intellekt və məlumat mərkəzləri üçün regional hab kimi mövqeləndirir.

"Sizinxeber.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Ümundünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlər üçün Süni İntellekt - Şəhər Planlaşdırması və Ağıllı, Davamlı İcmaların Qurulması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Qafqaz, Mərkəzi Asiya və qonşu bazarlarda elektrik enerjisinə təxmini tələbat 850 meqavat təşkil edir, halbuki region üzrə mövcud təchizat cəmi 30 meqavat səviyyəsindədir. Bu isə süni intellekt və məlumat mərkəzləri kimi yüksək enerji və hesablama gücü tələb edən infrastrukturlar üçün regionda ciddi boşluğun olduğunu göstərir.

S. Məmmədov bildirib ki, Azərbaycan məhz bu artan tələbat fonunda özünü regional hesablama və data mərkəzi habı kimi formalaşdırmağa çalışır: "Ölkənin 2 qiqavatdan çox əlavə enerji gücü, genişmiqyaslı "yaşıl enerji" layihələri, rəqabətqabiliyyətli tarifləri və inkişaf etmiş rəqəmsal bağlantıları bu istiqamətdə mühüm üstünlüklər yaradır".

Nazir müavini əlavə edib ki, hesablama infrastrukturunun genişləndirilməsi və regionda artan tələbatın qarşılanması məqsədilə aparıcı qlobal texnologiya şirkətləri və hiperskeyl provayderlərlə uzunmüddətli əməkdaşlıq üzrə danışıqlar aparılır.

S. Məmmədov əlavə edib ki, Milli Süni İntellekt Mərkəzi və Akademiyası aparıcı beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı həllərin hazırlanması və idarə olunması istiqamətində ixtisaslı kadrlar yetişdirir. Onun sözlərinə görə, layihələr sırasında dövlət xidmətləri üçün Azərbaycan dilində böyük dil modelinin yaradılması da yer alır.

Oxşar xəbərlər

BMT rəsmisi: "Əşyaların interneti bir çox yeni problemlər də gətirib"
WUF13 çərçivəsində süni intellekt üzrə gənclər müsabiqəsinə 30 ölkədən 285-dən çox müraciət daxil olub
Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər
Nazir: "Enerji istehlakını azaltmaq üçün data mərkəzləri optimallaşdırılmalıdır"
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər