Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq


Azərbaycanın stolüstü tennisçiləri qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirirlər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, daha 6 idmançı bu məqsədlə bu gün Çin Xalq Respublikasına yola düşüb.

Milli komandanın üzvləri – Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə mayın 27-dək baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcək.

İdmançılar beynəlxalq təlim-məşq toplanışının ardınca Qazaxıstanda keçiriləcək "Avrasiya Liqasına" qatılacaqlar. Qızlar mayın 28-dən 31-dək Astana, oğlanlar isə Taraz şəhərində təşkil olunacaq yarışda mübarizə aparacaqlar.

Oxşar xəbərlər

Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Azərbaycanın stolüstü tennisçiləri Çində təlim-məşq toplanışında iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda beynəlxalq təlim-məşq toplanışı keçəcəklər
Azərbaycanın stolüstü tennisçilər Çində təlim-məşq toplanışında iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər