Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 % artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
15:00
0
0
1 211
ff aaaaaaa

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 % artıb

19 may, 2026
15:00
1 211

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 % artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 182,2 milyon manat olub.

"Report" yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 % çoxdur.

İndiyə qədər bölgədə 3 308 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xatırladaq ki, 4 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manat olub.

Bu, 1 il əvvələ nisbətən 14,5 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 112 985 ədəd yeni nəsil NKA quraşdırılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul