WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
14:30
0
0
1 492
ff aaaaaaa

WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub

19 may, 2026
14:30
1 492

WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub.

"Report" xəbər verir ki, "Qlobal Mənzil Böhranı: Fəaliyyətə Doğru Yollar" mövzulu hesabatda qlobal urbanizasiya prosesləri, mənzil təminatı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və dayanıqlı şəhər inkişafı ilə bağlı əsas çağırışlar əksini tapıb.

Hesabat layiqli mənzil təminatını sadəcə sığınacaq verməkdən daha geniş bir anlayış kimi nəzərdən keçirərək, onu dayanıqlı şəhər inkişafının və insan rifahının fundamental sütunu kimi qabardır. Həmçinin sənəddə yoxsulluğun azaldılmasında, həyat keyfiyyətinin yaxşılaşdırılmasında, eləcə də qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyasında təhlükəsiz, hər kəs üçün əlçatan və əlverişli məkanda yerləşən mənzillərin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, 9 fəsildən ibarət hesabatda icmalar tərəfindən idarə olunan yenidənqurma təşəbbüslərini dəstəkləyən, inklüziv və iştirakçı yanaşmalara çağırış edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul