“Azərenerji”: 2028-ci ilə qədər 2 giqavatlıq bərpa olunan enerji gücü şəbəkəyə inteqrasiya olunacaq
sizinxeber.az xəbər saytı

“Azərenerji”: 2028-ci ilə qədər 2 giqavatlıq bərpa olunan enerji gücü şəbəkəyə inteqrasiya olunacaq


Enerji layihələrinin inkişafı vaxt tələb edir. Ona görə də qabaqlayıcı addımlar atmalıyıq.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində “Azərenerji” ASC-nin sədr müavini Rüstəm Qasımov deyib.

O qeyd edib ki, CO₂ emissiyalarının azaldılması həm Azərenerjinin, həm də Azərbaycan hökumətinin əsas hədəflərindən biridir:

“Ümumilikdə, 2020-ci ildən etibarən iki qaz turbini, bir buxar turbini olmaqla, ümumi gücü 525 meqavat olan yeni elektrik stansiyasının tikintisi artıq reallığa çevrilib. Bundan əlavə, biz bunu hidroenerji ilə birləşdirəcəyik ki yaşıl enerjinin balansını qoruyaq və daha da inkişaf etdirək”.

O bildirib ki, bərpa olunan enerji və enerji saxlama sistemləri mövzusu sistem operatorları üçün kifayət qədər çətin sahədir:

“Çünki ölkənin yaşıl enerji, bərpa olunan enerji üzrə öhdəlikləri var. Xüsusilə də ötən il Azərbaycanda keçirilmiş COP29dan sonra bu məsələ daha böyük öhdəliyə çevrilib. Azərbaycan bu istiqamətdə Avropada, dünyada ən sürətli inkişaf edən ölkələrdən biridir. 2028-ci ilə qədər təxminən 1910 meqavat, mövcud 2 giqavatlıq bərpa olunan enerji gücü ilə birlikdə şəbəkəyə inteqrasiya olunacaq. Bu, olduqca çətin texniki prosesdir. Buna uyğunlaşmaq üçün Azərbaycanda tamamilə yeni texnologiya tətbiq etdik, yəni batareya enerji saxlama sistemləri. Bu ilin aprel və may aylarında Prezident İlham Əliyevin iştirakı ilə iki böyük batareya saxlama sisteminin açılışı baş tutdu. Beləliklə, 2028-ci ilə qədər 2 giqavatlıq bərpa olunan enerji gücü şəbəkəyə mütləq inteqrasiya olunacaq”.

Oxşar xəbərlər

Sədr müavini: Genişmiqyaslı idarəetmə sistemi istismara verilmə mərhələsindədir
Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı payı artırılacaq
WUF13-də Azərbaycanın enerji sisteminə həsr olunmuş iki nəşr təqdim olunub - FOTO
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt-a yaxınlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər