Rusiyada tikintidə işləməyə adam tapmırlar - 200000-dən çox işçi ÇATMIR » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2026
18:00
ff aaaaaaa

Rusiyada tikintidə işləməyə adam tapmırlar - 200000-dən çox işçi ÇATMIR

13 may, 2026
18:00
928

Rusiyada tikintidə işləməyə adam tapmırlar - 200000-dən çox işçi ÇATMIR

Rusiyanın əsas iqtisadi sahələrindən biri olan tikinti sektorunda hazırda təxminən 200 min ixtisaslı işçi çatışmır.

Sizinxeber.az xəbər verir ki, bu barədə Tass-a tikinti şirkətinin rəhbəri Renat Serazetdinov məlumat verib.

Analitikin sözlərinə görə, sektorda əsas problemlərdən biri də mövcud əməkdaşların əmək məhsuldarlığının kifayət qədər yüksək olmamasıdır. O bildirib ki, tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyəti- təxminən 87 faizi bu problemin həlli istiqamətində sistemli addımlar atmır.

Ekspertlər qeyd edirlər ki, Rusiyada miqrantların ölkədə qalma qaydalarının sərtləşdirilməsi tikinti sektorundakı kadr böhranını daha da dərinləşdirir. "Crocus City Hall" terror aktından sonra bir sıra regionların hakimiyyət orqanları xarici işçilərlə bağlı məhdudiyyətlər tətbiq edib və onların bəzi sahələrdə çalışmasını qadağan edib.

Nəticədə, ənənəvi olaraq miqrant əməyindən asılı olan bir sıra sahələr risk altına düşə bilər. Mütəxəssislərin fikrincə, böhran xüsusilə tikinti sektorunda daha qabarıq şəkildə hiss oluna bilər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul