Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2026
16:40
0
0
1 240
ff aaaaaaa

Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb

13 may, 2026
16:40
1 240

Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb

Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 460 min barel təşkil edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirib.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı mart ilə müqayisədə 3 min barel çoxdur.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, apreldə faktiki hasilat 91 min barel geriləyib.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib.

2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul