Nazir: Zəngəzur dəhlizinin inkişafı ilə Azərbaycanın regional enerji və ticarət bağlantılarında rolu daha da güclənir
Bu gün getdikcə daha aydın görünür ki, şəhərlər artıq yalnız binalarının hündürlüyü ilə deyil, əlaqələrinin gücü ilə müəyyən olunur. Bu əlaqələrin mərkəzində isə enerji dayanır.
APA xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov WUF13 cərcivəsində təşkil olunan "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" xüsusi sessiya zamanı bildirib.
Onun sözlərinə görə, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişmə nöqtəsində yerləşən Azərbaycan regional enerji və ticarət bağlantılarının strateji mərkəzinə çevrilməklə bu gələcəyin qurulmasında mühüm rol oynayır.
"Bu rol yeni dəhlizin və onun əsas hissələrindən biri olacaq Zəngəzur dəhlizinin inkişafı ilə daha da güclənir", - nazir qeyd edib.
O əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən enerji bağlantıları təşəbbüsləri yeni enerji əməkdaşlığının təməlini qoyur. Boru kəmərləri və optik komponentlərin birgə istifadəsi vasitəsilə bu layihələr geniş coğrafiyada rəqəmsal bağlantını da təmin edəcək.
"Bu gün uğurlu şəhərlər artıq binalarının ölçüsünə görə deyil, resurslardan istifadəsi, innovasiya, davamlılıq və inteqrasiya səviyyəsinə görə qiymətləndirilir. Biz bu cür şəhərlərin qurulmasına töhfə vermək və onları birləşdirib gücləndirəcək tərəfdaşlıqlar yaratmaq əzmindəyik", - Pərviz Şahbazov çıxışını yekunlaşdırıb.
Oxşar xəbərlər
Rəşad Nəbiyev: Tranzit daşımalarının həcmi iki dəfə artıb
Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq
Türkiyəli nazir: Zəngəzur dəhlizinin açılması Azərbaycanla ticarət həcmini artırmağa kömək edəcək
Nazir: Azərbaycan qlobal dayanıqlı inkişafda öncül mövqeyə sahib olmaq niyyətindədir
Ceyhun Bayramov: Azərbaycan dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlığın inkişafına sadiqdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
