ABŞ Konqresi "Qızıl günbəz" sisteminin yaradılması və istismarı xərclərini hesablayıb
sizinxeber.az xəbər saytı

ABŞ Konqresi "Qızıl günbəz" sisteminin yaradılması və istismarı xərclərini hesablayıb


ABŞ-nin "Qızıl günbəz" ("Golden Dome") raket hücumundan müdafiə sisteminin yaradılması, yerləşdirilməsi və işlək vəziyyətdə saxlanılması üçün ümumi xərclər təqribən 1,2 trilyon dollara çata bilər.

"Report" xəbər verir ki, bu məlumatlar Birləşmiş Ştatlar Konqresinin Büdcə İdarəsinin hesabatında yer alıb.

"Xüsusiyyətləri bütövlükdə prezident fərmanında qeyd olunan müddəalara uyğun gələn milli raket hücumundan müdafiə sisteminin yaradılması, yerləşdirilməsi və iyirmi illik istismarı təqribən 1,2 trilyon dollar tələb edəcək", - sənəddə bildirilib.

İdarənin hesablamalarına görə, xərclərin əsas hissəsi silahların alınmasının payına düşəcək - təqribən 1,03 trilyon dollar. Sistemin ən çox xərc tələb edən komponenti orbital ələkeçirmə vasitələri olacaq ki, onların da payına alınan silahların dəyərinin təqribən 70 %-i (və ya bütün xərclərin təxminən 60 %-i) düşəcək.

Hesabatda qeyd edilib ki, "Qızıl günbəz" layihəsinin reallaşdırılması 7,8 min peykdən ibarət kosmik qruplaşmanın formalaşdırılmasını, Fort-Qrilidəki (Alyaska ştatı) hazırkı antiraket yerləşdirmə bazasının qorunub saxlanmasını, eləcə də erkən aşkarlama radarları və 120 ələkeçirici raketlə təchiz edilmiş iki əlavə obyektin inşasını nəzərdə tutur. Bundan əlavə, "Qızıl günbəz" strukturuna Birləşmiş Ştatların kontinental hissəsinin ərazisində hər biri 48 ədəd "SM-3 Block IIA" zenit raketinə malik olacaq dörd "Aegis Ashore" yerüstü raket hücumundan müdafiə kompleksinin daxil edilməsi planlaşdırılır.

"Qızıl günbəz"in əlavə komponenti "SM-3 Block IIA" və "SM-6 Block IB" zenit raketləri, "Patriot PAC-3 MSE" və "THAAD" zenit-raket kompleksləri, eləcə də hipersəs raketlərini ələ keçirmək üçün perspektivli GPI ("Glide Phase Interceptor") vasitələri ilə komplektləşdirilmiş 35 raket hücumundan müdafiə eşelonunun yaradılması olacaq.

Oxşar xəbərlər

Kanada “Qızıl günbəz”ə görə ABŞ-nin 51-ci ştatı ola bilər
Politico: Tramp “Qızıl günbəz” layihəsinin həyata keçirilməsi üçün 25 milyard dollar ayıracaq
“Qızıl qübbə”nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək
Tramp: "Qrenlandiya ABŞ-yə "Qızıl Günbəz" sisteminin yerləşdirilməsi üçün lazımdır"
Almaniya Avropa üzərində "Dəmir günbəz" sisteminin yaradılmasına dəstək verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər