Rəşad Nəbiyev: Tranzit daşımalarının həcmi iki dəfə artıb
sizinxeber.az xəbər saytı

Rəşad Nəbiyev: Tranzit daşımalarının həcmi iki dəfə artıb


Azərbaycan Avrasiya regionunun strateji kəsişmə nöqtəsində yerləşir və həyata keçirilən siyasət nəticəsində tranzit daşımalarının həcmi demək olar ki, iki dəfə artıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev WUF13 cərcivəsində təşkil olunan "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" xüsusi sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, ötən il ölkə ərazisindən təxminən 17 milyon ton yük daşınıb.

Rəşad Nəbiyev onu da əlavə edib ki, dövlət rəhbərliyinin təşəbbüsü ilə şəhər məkanlarının transformasiyasına başlanılıb.

"Əsas diqqət mobilliyə və ictimai nəqliyyatın inkişafına yönəldildi. Biz öz qarşımıza konkret məqsədlər qoyduq və həmin məqsədlərə necə çatacağımızı müəyyən etdik. Bu yanaşma sonrakı bütün addımlarımızın əsasını təşkil etdi", - nazir qeyd edib.

Onun sözlərinə görə, əsas məqsəd vətəndaşların şəxsi avtomobillərdən və taksilərdən istifadəsini azaltmaq, onları ictimai nəqliyyata yönləndirməkdir.

Oxşar xəbərlər

Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb
Rəşad Nəbiyev: 2030-cu ilədək Bakıda tamamilə elektrik mühərrikli ictimai nəqliyyat vasitələrinə keçid nəzərdə tutulub
Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb
Nazir Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Azərbaycanda ötən il 15 mln. tona yaxın tranzit yük daşınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər