Çinli nazir: Şəhərlərin gələcəyi dünya ölkələrinin birgə səylərindən asılıdır
Çinli nazir: Şəhərlərin gələcəyi dünya ölkələrinin birgə səylərindən asılıdır
Şəhərlərin gələcəyi və dayanıqlı urbanizasiya bütün ölkələrin birgə səylərini tələb edir.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən Çinin mənzil və şəhər-kənd inkişafı naziri Ni Hong bildirib.
Onun sözlərinə görə, son on ildə Çin Yeni Şəhər Gündəliyinin icrası çərçivəsində əhəmiyyətli nəticələr əldə edib. Hazırda ölkədə adambaşına düşən mənzil sahəsi 40 kvadratmetri ötür.
Nazir qeyd edib ki, Çin “yaxşı ev, yaxşı məhəllə, yaxşı icma və yaxşı şəhər” konsepsiyası əsasında təhlükəsiz, rahat, yaşıl və ağıllı yaşayış mühiti formalaşdırır.
Ni Hong bildirib ki, köhnə yaşayış məhəllələrinin yenilənməsi, şəhər infrastrukturunun modernləşdirilməsi və ekoloji mühitin yaxşılaşdırılması bu strategiyanın əsas istiqamətləridir.
“Çin hökuməti BMT-nin İnsan Məskənləri Proqramını dəstəkləməyə və Yeni Şəhər Gündəliyinin effektiv icrası üçün dünya ölkələri ilə əməkdaşlığı davam etdirməyə sadiqdir”, – deyə o vurğulayıb.
