"Əl-Nəsr" çempionluğu əldə verdi
sizinxeber.az xəbər saytı

"Əl-Nəsr" çempionluğu əldə verdi


Səudiyyə Ərəbistanı futbol çempionatının 32-ci turunda “Əl-Nəsr” öz meydanında “Əl-Hilal”la 1:1 hesablı heç-heçə edib.

Axar.az xəbər verir ki, meydan sahiblərinin heyətində qolu Məhəmməd Simakan 37-ci dəqiqədə vurub. İkinci hissəyə əlavə olunmuş 8-ci dəqiqənin son saniyələrində isə “Əl-Nəsr”in qapıçısı Bento topu öz qapısından keçirib. “Əl-Nəsr” qələbə qazanacağı təqdirdə vaxtından əvvəl Səudiyyə Ərəbistanı çempionu ola bilərdi.

“Əl-Nəsr”in heyətində futbol tarixinin ən yaxşı bombardiri və beşqat “Qızıl top” mükafatı sahibi Kristiano Ronaldo çıxış edir. Bu, portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanındakı dördüncü mövsümüdür. O, “Əl-Nəsr”də çıxış etdiyi müddətdə yalnız 2023-cü ildə Ərəb Çempionlar Kubokunu qazanıb.

Oxşar xəbərlər

Kriştianu Ronaldu "Əl-Nəsr"in şərikli sahibi olacaq
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubu Kral Kubokunda qələbə qazanıb
Ronaldo 100-cü qolunu vurdu və adını tarixə yazdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər