Qubadlı, Zəngilan və Cəbrayılda əvvəlki qaydaya qaytarılmış qum-çınqıl yataqlarının sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Qubadlı, Zəngilan və Cəbrayılda əvvəlki qaydaya qaytarılmış qum-çınqıl yataqlarının sayı açıqlanıb


2021-ci ildən indiyə qədər Qubadlı rayonunda 20, Zəngilanda 25, Cəbrayılda isə 14 istismar olunmuş qum-çınqıl yatağında torpağın istismardan əvvəlki qaydaya qaytarılması üçün təmir-bərpa işləri aparılıb.

APA-nın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, tullantıların təmizlənməsi, tullantıların idarə edilməsi və yanğın təhlükəsizliyi ilə bağlı Mərkəzdə Ekologiya Nazirliyinə dəstək naminə işlər aparılır.

"Məqsəd işğaldan azad edilmiş ərazilərdə təbii landşaftın qorunmasıdır", - xüsusi nümayəndə vurğulayıb.

Oxşar xəbərlər

Xankəndidə Ekoloji məsələr üzrə İşçi Qrupun növbəti iclası keçirilir
Xankəndidə Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO
Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir - FOTO
Azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb
Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər