Qardabanidə ağır avtoqəza olub, 7 nəfər ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
may
2026
12:30
0
0
1 378
ff aaaaaaa

Qardabanidə ağır avtoqəza olub, 7 nəfər ölüb

14 may, 2026
12:30
1 378

Qardabanidə ağır avtoqəza olub, 7 nəfər ölüb

Gürcüstanın əsasən azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, hadisə bu gün rayonun Birliki kəndində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 7 nəfər ölüb, daha 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaqa başlayıb. Bu maddə yol hərəkəti və istismar qaydalarının pozulması nəticəsində insanların ölümünə səbəb olan halları nəzərdə tutur.

Qəzada həyatını itirənlərin Yormuğanlı (Qaraçöp) bölgəsindən olan şəxslər olduğu iddia edilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul