Paşinyan “Hraparak” qəzetini məhkəməyə verəcək
Ermənistanın baş naziri Nikol Paşinyan “Hraparak” qəzetini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə siyasətçi feysbuk səhifəsində şəxsi həyatı ilə bağlı nəşrin yazısını şərh edərkən yazıb.
“Ailənin və mənəvi həyatın mənim üçün insanları çaşdırmaq vasitəsi yox, vacib dəyərlər olduğunu sübut etmək üçün mütləq “Hraparak”ı məhkəməyə verəcəyəm”, - o bildirib.
Paşinyan onu da bildirib ki, Ermənistan katolikosu II Qareginin subaylıq andını pozduğuna əmindir.
“Mən bir daha təsdiq edirəm ki, katolikos II Qaregin subaylıq andını pozub və övladı var. Qoy II Qaregin də bəyan etdiyi dəyərlərə və statusa əməl etdiyini sübut etmək üçün məni məhkəməyə versin”, - Paşinyan əlavə edib.
Oxşar xəbərlər
Paşinyan yenidən II Qaregindən izahat tələb edib: Susmaq razılıq deməkdir
Paşinyan II Qaregindən əl çəkmir: Subaylıq andını pozması və övladının olması ilə bağlı məsələyə aydınlıq gətirməlidir
Paşinyan II Qaregini subaylıq andı və övladının olub-olmaması ilə bağlı suallara cavab verməyə çağırıb
Paşinyan istefa verəcək? - Özü açıqlayıb
KİV: Ümumerməni katolikosu II Qareginə hücum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











