Paşinyan II Qaregindən əl çəkmir: Subaylıq andını pozması və övladının olması ilə bağlı məsələyə aydınlıq gətirməlidir
sizinxeber.az xəbər saytı

Paşinyan II Qaregindən əl çəkmir: Subaylıq andını pozması və övladının olması ilə bağlı məsələyə aydınlıq gətirməlidir


Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Bütün Ermənilərin Katolikosu II Qareginin subaylıq andını pozması və övladının olması ilə bağlı məsələlərə aydınlıq gətirməsini istəyib.

APA xəbər verir ki, Nikol Paşinyan sosial şəbəkə hesabında “Biz subaylıq andını pozması və övladının olması ilə bağlı məsələyə onun aydınlıq gətirməsini gözləyirik” yazıb.

“Susmaq - razılaşmaq və özünü Katolikosun İqamətgahından çıxarmaq deməkdir.

Həqiqəti söyləmək - o da özünü Katolikosun İqamətgahından çıxarmaq deməkdir.

Aldatmaq - o da, həmçinin, özünü Katolikosun İqamətgahından çıxarmaq geməkdir”, - deyə erməni Baş nazir vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddətdir ki, II Qareginin subaylıq andını pozması və övladının olması ilə bağlı məsələlərə aydınlıq gətirməsini tələb edir.

II Qaregin isə bununla bağlı hələlik heç bir açıqlama verməyib.

Oxşar xəbərlər

Paşinyan II Qaregini subaylıq andı və övladının olub-olmaması ilə bağlı suallara cavab verməyə çağırıb
Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Araqçini qəbul edib
Nikol sirri açdı: Almatı Bəyanatından niyə bərk yapışıb?
Şolts və Paşinyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Nikol Paşinyan: “Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər