XİN rəsmisi: Rusiya KTMT çərçivəsində Ermənistanla münasibətlərin dərinləşməsini istərdi
Rusiya Ermənistanla istənilən səviyyədə qarşılıqlı fəaliyyəti alqışlayır, eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində münasibətləri dərinləşdirmək və normallaşdırmaq istərdi.
“Sizinxeber.az” xəbər verir ki, bunu "Şərq-Qərb qarşıdurması. Ukrayna ölçüsü. Gələcək ssenarilər" adlı elmi konfransda Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.
"Rusiya və Ermənistan arasında inkişaf edən iqtisadi layihələri alqışlayırıq, ona görə də biz tərəfdən qapılar açıqdır", - o qeyd edib.
Ermənistanın Aİ-yə mümkün üzvlüyünə toxunan R.Miroşnik vurğulayıb ki, bu addımın onların maraqlarına uyğunluğunu və ölkənin üzvlük perspektivlərinin nə dərəcədə real olduğunu ölkə vətəndaşları qiymətləndirməlidir.
"Rusiya həmişə vurğulayıb: biz dövlətlərin, o cümlədən Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyilik. Bu müstəqil qərardır, lakin digər ölkələrin bir sıra oxşar hərəkətlərinə diqqət yetirin. Ukrayna çoxdan öz konstitusiyasına Avropa İttifaqına və NATO-ya can atmağı daxil edib. Bu prosesdə nə qədər irəliləyib?", - o vurğulayıb.
Oxşar xəbərlər
Rusiya KTMT çərçivəsində Ermənistanla münasibətlərin dərinləşməsini istəyir
Rusiya Ermənistanın KTMT-dəki fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir
RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir
Rusiya XİN: İsveçrə neytral statusunu itirib
Putin və Paşinyan Ermənistanın KTMT-dəki fəaliyyətini müzakirə etməyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













