Paşinyan: Ermənistan Aİİ-də özünü yaxşı hiss edir
Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) özünü yaxşı hiss edir.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Baş nazirin sözlərinə görə, bunu rəqəmlər sübut edir.
"Lakin eyni zamanda, erməni xalqının bir hissəsinin Ermənistanın gələcəyi üçün variantlar formalaşdırmaq istəyini görməzdən gələ bilmərik", - o bildirib.
N.Paşinyan qeyd edib ki, ölkə balanslaşdırılmış xarici siyasət yürüdür.
Daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, Avropa ölkələri ilə bazarların açılması Ermənistan üçün Aİİ ölkələri ilə bazarların bağlanması deməkdir.
O, həmçinin qeyd edib ki, Ermənistanın Aİİ ölkələri ilə ticarəti ötən il 12 milyard dollar təşkil edib ki, bu da Ermənistanın Avropa İttifaqı ilə ticarət həcmindən dəfələrlə çoxdur.
Oxşar xəbərlər
Rusiya Baş nazirinin müavini: Bəzi insanlar, yumşaq desək, erməni xalqını aldadırlar
Paşinyan və Overçuk Ermənistan-Rusiya münasibətlərinin gündəliyini müzakirə ediblər
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
