İrakli Kobaxidze “Gürcü Arzusu”nun yaradıcısına qarşı sanksiyaları pisləyib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalarını pisləyib.
Bu barədə “Sizinxeber.az” yerli mətbuata istinadən xəbər verir.
Kobaxidze qeyd edib ki, partiyanın təsisçisi ölkənin maraqlarına xidmət etdiyinə görə artıq faktiki sanksiyalar altında idi, indi isə rəsmi məhdudiyyətlərə məruz qalıb.
“Xüsusi heçnə yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən "mükafatdır”, - Baş nazir bildirib.
Onun sözlərinə görə, İvanişvili uzun müddətdir, sanksiyalarla şantaj edilib, indi isə belə imkan olmayacaq.
Qeyd edək ki, dekabrın 27-də ABŞ İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
Oxşar xəbərlər
Kobaxidze: İvanişviliyə tətbiq edilən sanksiya ölkəmizin milli maraqlarını qorumağın mükafatıdır
KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır
İrakli Kobaxidze: Rusiyanın Gürcüstana təsiri yoxdur
Litva “Gürcü arzusu”nun yaradıcısı İvanişviliyə qarşı sanksiyalar tətbiq edib
ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
