Kobaxidze: İvanişviliyə tətbiq edilən sanksiya ölkəmizin milli maraqlarını qorumağın mükafatıdır
Bidzina İvanişviliyə tətbiq edilən sanksiya, əslində ölkəmizin milli maraqlarını qorumağın bir mükafatıdır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Maliyyə Nazirliyinin “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə sanskiya tətbiq etməsinə münasibət bildirərkən belə deyib.
“Cənab Bidzina İvanişvili əvvəllər de-fakto sanksiyalara məruz qalmışdı və o, demək olar ki, rəsmi sanksiyalarla üç il şantaj edilib. İndi şantajın əsasları da aradan qalxıb. Bilmirəm, müxalifətə nə kömək edəcək. Əslində heç nə dəyişməyib. De-fakto sanksiyalar artıq qüvvədə idi və bu qeyri-rəsmi sanksiyalar bircə ona görə idi ki, o, ölkənin milli maraqlarından əl çəkmədi. Bilirsiniz ki, 2022-ci ildə ölkəmizin qarşısında duran vəzifələr nə idi, onlar komandadan nə tələb edirdilər, cənab Bidzina İvanişvilidən konkret olaraq nə tələb edirdilər və məhz o, ölkəmizin fundamental, əsas maraqlarına qarşı çıxmadığına görə, onlar ilk de-fakto sanksiyalar tətbiq etdilər, indi isə yekun olaraq, heç bir ciddi təsiri olmayan bir qərar verildi. Əksinə, bu qərarla şantaj aləti nəhayət onların əlindən çıxdı. "Qlobal Müharibə Partiyası" dediyimiz qüvvə üç ildir ki, bunu edir. İşlərin başqa istiqamətdə dəyişəcəyinə çox böyük ümidlərim var. Lakin reallıqda heç nə dəyişməyib. Bu yaxınlarda cənab Bidzina İvanişvili ilə söhbətim olub, onun da mövqeyi tam eynidir, xüsusi bir şey yoxdur. Xüsusi heç nə yoxdur, əslində bu, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən mükafatdır” - deyə Baş nazir qeyd edib.
Oxşar xəbərlər
Litva Bidzina İvanişviliyə sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Litva “Gürcü arzusu”nun yaradıcısı İvanişviliyə qarşı sanksiyalar tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Gürcüstana qarşı sanksiyalar səmərəsizdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












