İran ABŞ ilə danışıqlara paralel olaraq hərbi gücünü artırır
İran ABŞ ilə danışıqlar və qarşılıqlı anlaşma dövründə hərbi hazırlığı gücləndirəcək.
"Sizinxeber.az" IRIB-ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri vəzifəsini icra edən Sərdar Məcid İbn əl-Rza bəyan edib.
"İran Silahlı Qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir və hər hansı yeni təxribat olacağı təqdirdə, əvvəlkindən daha sərt cavab verəcək", - o bildirib.
Onun sözlərinə görə, İran eyni vaxtda həm danışıqlar aparmağa, həm də müqavimət göstərməyə hazırdır: "ABŞ-nin danışıqlar zamanı razılaşmaları pozacağı təqdirdə döyüş meydanında lazımi cavabı veriləcək.
Məhz bu cür davranışa görə biz danışıqlar və 60 günlük qarşılıqlı anlaşma dövrü ərzində bütün sahələrdə hərbi hazırlığımızı gücləndirdik və bunu davam etdirəcəyik".
Oxşar xəbərlər
"Fars": İran atəşkəs dövründə müdafiə gücünü artıracaq
İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq
Esmail Esfahani: İran ABŞ ilə danışıqlarda güzəştə getməyəcək
ABŞ-İran danışıqları ekspert qruplarının məsləhətləşmələri ilə paralel aparılacaq
İsmail İsfahani: İran ABŞ ilə danışıqlarda güzəştə getməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
