Gürcüstan parlamentinin spikeri prezidenti saxtakarlıqda ittiham edib
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili prezident Salome Zurabişvilini saxtakarlıqda ittiham edib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Ş.Papuaşvili onu seçki saxtakarlığını sübut etməyə və ya yalan danışdığını etiraf etməyə çağırıb.
“Desin ki, o, beynəlxalq mətbuat qarşısında böhtan atıb və gürcülərin reputasiyasını zədələyib, ya da sübut təqdim etsin. Bu, sadəcə bir bəyanat deyil. O, (Zurabişvili – red.) konkret bir ittiham irəli sürüb”, – deyə Gürcüstan parlamentinin sədri vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda 26 oktyabrda parlament seçkilərindən bir gün sonra prezident Salome Zurabişvili seçkilərdə tam saxtakarlığın baş verdiyini və bir sənəd ilə təxminən 17 dəfə səs vermək mümkün olduğunu söyləyib. Daha sonra Baş Prokurorluq prezidenti ifadə verməyə çağırıb, lakin o, ifadə verməkdən imtina edib.
Oxşar xəbərlər
Gürcüstan parlamentinin sədri: Prezident Saakaşvilini əfv etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentinin spikeri prezidenti və müxalifəti çevrilişə hazırlaşmaqda ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentinin spikeri LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Prezidenti seçkilərdən sonra etirazlara çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentinin spikeri ABŞ ilə münasibətlərin yenidən qurulması şərtlərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












