"Taliban" nümayəndəsi Tehranda İran himni ifa ediləndə ayağa durmayıb
Tehran “İslam Birliyi 38-ci beynəlxalq konfrans”ın açılış mərasimində İranın dövlət himni ifa ediləndə Əfqanıstanı təmsil edən “Taliban” hökumətinin nümayəndəsi ayağa qalxmayıb.
“Report” xəbər verir ki, məlumatı “RadioFərda” yayıb.
Bildirilib ki, İranın bir sıra dövlət məmurları “Taliban” nümayəndəsinin bu hərəkətini “hörmətsizlik”, “dövlət qəbulu qaydalarına etinasızlıq” kimi qiymətləndiriblər.
Məlumata görə, konfransın açılış mərasimində iştirak edən İran Prezidentinin Əfqanıstan işləri üzrə xüsusi nümayəndəsi Həsən Kazemi Qumi də bu hərəkəti “diplomatik prinsiplərə hörmətsizlik” adlandırıb.
Keçmiş prezident Həsən Ruhaninin müşaviri Husaməddin Aşna deyib ki, təhlükəsizlik xidmətinin iki, maksimum dörd əməkdaşı onun əl-ayağından tutub konfrans zalından bayıra ata bilərdi.
Xatırladaq ki, sentyabrın 18-də Pakistanın Peşavar şəhərindəki “Taliban”ın baş konsulu da paytaxt İslamabadda keçirilən tədbirdə ölkənin himni ifa edilən zaman ayağa qalxmayıb. Pakistan Xarici İşlər Nazirliyi baş konsulun hərəkətini “təhqiramiz davranış” adlandırıb.
Qeyd edək ki, “Taliban”ın idarə etdiyi Əfqanıstanın dövlət himni naşiddir.
Naşid ənənəvi olaraq kişi vokalçılar tərəfindən solo və ya xorla musiqi alətlərinin müşayiəti olmadan ifa olunan müsəlman tərənnümüdür. Bir çox ilahiyyatçının, o cümlədən İslamın dörd əsas məzhəbinin banilərinin fikrincə, musiqi alətlərindən istifadəyə icazə verilmir. Müasir naşid ifaçıları arasında həm ərəblər, həm də ərəb olmayan ölkələrin başqa dillərdə oxuyan sənətçiləri var.
İslamabadda baş konsulun dövlət atributu ifa ediləndə ayağa durmamasını onlar himndə musiqinin olması ilə əlaqələndiriblər.
Oxşar xəbərlər
“Taliban” BMT-nin xüsusi məruzəçisinin Əfqanıstana girişini qadağan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin "Taliban"ın tanınması istiqamətində ilk addım atıb, səfirin etimadnaməsi qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Taliban” İŞİD-i Əfqanıstan üçün ciddi təhlükə hesab etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstan “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












