“Taliban” BMT-nin xüsusi məruzəçisinin Əfqanıstana girişini qadağan edib
“Taliban” BMT-nin Əfqanıstanda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Riçard Bennetin ölkəyə girişini qadağan edib.
“Report” xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.
Radikal “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihullah Mücahid Bennetti “anti-Əfqan təbliğatı”nda və “dünyaya Əfqanıstandakı vəziyyətlə bağlı yanlış məlumat təqdim etməkdə” ittiham edib.
ABŞ 2021-ci ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxarmaq qərarını elan etdikdən sonra “Taliban” bu ölkəyə nəzarəti bərqərar etmək məqsədilə genişmiqyaslı əməliyyata başlayıb. Həmin ilin avqustun 15-də onlar döyüşsüz Kabilə daxil olublar və sonradan öz müvəqqəti hökumətlərini qurduqlarını elan ediblər.
Oxşar xəbərlər
Çin "Taliban"ın tanınması istiqamətində ilk addım atıb, səfirin etimadnaməsi qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Taliban" ABŞ bazasında hərbi parad keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əfqanıstanda saqqal saxlamaq istəməyən 280-dən çox polis işdən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan ekstremizmlə məşğul olan əcnəbilərin ölkəyə girişini qadağan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Əfqanıstanda qadınlara qarşı zorakılıq hallarının artmasından narahatdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











