Moskvada güclü yanğın: 60 nəfər təxliyə edildi
sizinxeber.az xəbər saytı

Moskvada güclü yanğın: 60 nəfər təxliyə edildi


Moskvanın cənubunda yerləşən Reçnikov küçəsindəki inzibati binada böyük yanğın baş verib.

Sizinxeber.Az APA-ya istinadən xəbər verir ki, yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib. Hadisə zamanı binanın dam örtüyünün bir hissəsi uçub.

Yanğınla əlaqədar binadan 60 nəfər təxliyə edilib.

Şahidlərin sözlərinə görə, ərazidə güclü tüstülənmə müşahidə olunub. Xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürmə briqadaları işləyir.

Oxşar xəbərlər

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb
Vilnüsdə yanğın səbəbindən binadan 70-dən çox insan təxliyə edilib
Moskvanın mərkəzində güclü yanğın: ölənlər var - Video
Yekaterinburqda bina çöküb, 24 nəfər təxliyə edilib
Ermənistanda yanğın nəticəsində bir nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər