Rusiyalı ekspert: Cənubi Qafqazda sabitliyin pozulmasının əsas mənbələri ABŞ və Fransadır
Bu gün Cənubi Qafqazda sabitliyi pozan əsas dövlətlər ABŞ və Fransadır.
"Sizinxeber.az" xəbər verir ki, bunu rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan əsas mənbələr məhz ABŞ, eləcə də Fransadır. Bu o deməkdir ki, Ermənistandakı revanşist qüvvələr genişmiqyaslı hərbi provokasiya törətməklə sülh prosesini pozmağa cəhd edə bilərlər”, - o vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan uzaqmənzilli raket sistemlərinin elan edilmiş tədarükü də daxil olmaqla hücum silahları ilə silahlandırılır: “Qərbin xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərləri İrəvana gəlir, həm Nikol Paşinyan, həm də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən qəbul edilirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan subyektivliyini itirib”.
İ.Korotçenko hesab edir ki, bu gün Ermənistan Cənubi Qafqazda Qərbin “Troya atı”dır.
O vurğulayıb ki, NATO və ABŞ-nin məqsədi və vəzifəsi Ermənistan ərazisində qeyri-sabitlik mənbəyi və meydança yaratmaqdır: “Xüsusən də ABŞ bu gün Ermənistanı silahlandırır. Bu yolla irimiqyaslı təxribatlar hazırladıqları göz qabağındadır”.
Rusiyalı ekspertin fikrincə, yalnız Cənubi Qafqaz dövlətlərinin birgə səyləri ilə bu mənfi tendensiyaların qarşısını almaq olar.
İ.Korotçenko Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivlərini şərh edib: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatında bildirilir ki, nəqliyyatın trafiki və hərəkətinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti həyata keçirməlidir”.
Onun fikrincə, Qərb ölkələri Cənubi Qafqazda sabitliyi pozmağa, nəqliyyat layihələrinin, xüsusən də “Şimal-Cənub” dəhlizinin reallaşmasının qarşısını almaq üçün Ermənistandan vasitə kimi istifadə etməyə çalışırlar.
Oxşar xəbərlər
Korotçenko: Bugünkü seçkilər Azərbaycanın siyasi sabitliyini təsdiqləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqor Korotçenko: “Bakının Qranadadakı görüşdə iştirakdan imtinası mövcud siyasi reallıqlara uyğundur” [xfgiven_updateblue][/xfgiven_updateblue]
KTMT: Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Korotçenko: Azərbaycan siyasi sisteminin mükəmməlliyini və sabitliyini bir daha nümayiş etdirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












