Korotçenko: Bugünkü seçkilər Azərbaycanın siyasi sabitliyini təsdiqləyir
Bu gün Azərbaycanın bütün suveren ərazisində keçirilən parlament seçkiləri dağılan dünya nizamı şəraitində ölkənin siyasi sabitliyini təsdiqləyir.
"Report" xəbər verir ki, bunu rusiyalı müşahidəçi, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
“Bu, Azərbaycanın bütün suveren torpaqlarında keçirilən ilk parlament seçkiləridir ki, bu da dağılmaqda olan dünya nizamında ölkədəki siyasi sabitliyi təsdiq edir. Məhz siyasi sistemin sabitliyi Azərbaycanın inamlı inkişafının əsasını təşkil edir”, - o bildirib.
İ.Korotçenko qeyd edib ki, seçkilərin nəticələri Qərb dövlətlərinə Azərbaycanın yüksək demokratik standartlarını nümayiş etdirəcək.
“Qərbin, xüsusən də Azərbaycanı çox qızğın şəkildə tənqid edən Fransa kimi ölkələrin Azərbaycanın seçki sistemindən öyrənməli olduğu çox şey var. Fransanın müasir siyasi sistemi totalitardır və neokolonial siyasətə sadiqdir, müasir Azərbaycan isə Qərbə ədalət standartlarını nümayiş etdirir”, - o qeyd edib.
Ekspert vurğulayıb ki, Azərbaycan bundan sonra da dost ölkələr, o cümlədən Rusiya Federasiyası ilə birlikdə inamla irəliləyəcək.
Oxşar xəbərlər
Sergey Markov: Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi
Korotçenko: Azərbaycan müasir beynəlxalq siyasətin trendlərini müəyyən edən ölkələr sırasındadır
Abşeron rayonunda parlament seçkilərində 4 mandat uğrunda 13 namizəd mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
