Allahşükür Paşazadə Mavrikidə beynəlxalq tədbirdə iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində Mavrikidə keçiriləcək "Müştərək mübarək tərəqqiyə doğru yolların qurulması" mövzusunda toplantısında iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə QMİ-dən bildirilib.
Səfər "Dinlər Sülh uğrunda"təşkilatının Baş Katibi Dr. Frensis Kurianın dəvəti ilə baş tutur.
Şeyxülislam ötən il "Dinlər Sülh uğrunda" təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və builki toplantıda məhz bu statusda iştirak edəcək.
A. Paşazadə toplantının açılışında çıxış edəcək, "Süni İntellekt - İnsan Hüquqları, Ləyaqəti və Süni İntellektin Çoxdinli Perspektivləri" sessiyasında moderator olacaq.
Beynəlxalq tədbir çərçivəsində QMİ sədri A. Paşazadənin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
Oxşar xəbərlər
Şeyxülislam Allahşükür Paşazadə İspaniyaya səfər edəcək
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək
Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək
Allahşükür Paşazadə İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
