Patruşev: Qərblilər digər ölkələrdə kütləvi iğtişaşlar təşkil edir
“Kollektiv Qərb ölkələri - ilk növbədə ABŞ və Böyük Britaniya daxildə problemlərlə üzləşərək xaosu başqa dövlətlərin ərazisinə keçirməyə çalışırlar”.
“Report” xəbər verir ki, bu fikri Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev “İzvestiya”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, daxili siyasi çəkişmələr, iqtisadiyyat və maliyyə problemləri, miqrantlar və yerli sakinlər arasında qarşıdurma nəticəsində yaranan iğtişaşlarla üzləşən ABŞ və İngiltərə xaosu öz sərhədlərindən kənara çıxarmağa və getdikcə daha çox xaricdə hərbi, millətlərarası və dinlərarası münaqişələri qızışdırmağa çalışırlar.
Nümunə kimi, Rusiya prezidentin köməkçisi Serbiyadakı iğtişaşları göstərib. Onun fikrincə burada Qərb qanuni hökuməti Vaşinqtona tabe olan xaricdə təlim keçmiş siyasətçilərlə əvəzləməyə çalışıb.
“Qərblilər digər ölkələrdə kütləvi iğtişaşlar təşkil edir. ABŞ-ın Venesuelanın suveren işlərinə müdaxiləsinin səviyyəsi azalmır. Bu ölkədə növbəti uğursuz çevriliş cəhdindən sonra Vaşinqton Nikolas Maduroya vaxtından əvvəl istefa verməyi təklif edir”, - Patruşev bildirib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
