Britaniya süni intellekt superkompüterinin hazırlanmasına 1 milyard dollar ayıracaq
sizinxeber.az xəbər saytı

Britaniya süni intellekt superkompüterinin hazırlanmasına 1 milyard dollar ayıracaq


Böyük Britaniya süni intellekt (Sİ) üçün superkompüterin yaradılmasına 750 milyon funt sterlinq (1 milyard dollar) ayıracaq.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Elm, İnnovasiya və Texnologiya Nazirliyi açıqlama verib.

"2030-cu ildə istifadəyə verildikdə, o, dünyanın ən qabaqcıllarından biri olacaq. Sistem sübut olunmuş və gələcəyə davamlı prosessorları ən son çiplərlə birləşdirəcək ki, bu da ona ənənəvi superkompüterlərdən daha səmərəli şəkildə mürəkkəb tapşırıqları yerinə yetirməyə imkan verəcək", - açıqlamada deyilir.

Bu maliyyələşdirmənin yarıdan çoxu (400 milyon funt sterlinq) süni intellekt superkompüterini yeni nəsil çiplərlə təchiz etmək üçün istifadə olunacaq. İlk 150 milyon funt sterlinq bu yay ayrılacaq.

Superkompüter Edinburq universitetində yaradılan mərkəzdə yerləşəcək.

Oxşar xəbərlər

Britaniya qanunsuz miqrasiya ilə mübarizəyə əlavə 100 milyon funt sterlinq ayıracaq
Böyük Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq
Britaniya Ukraynaya hərbi satınalmalar üçün 1,6 milyard funt sterlinq verəcək
Britaniya Ukraynaya 35 milyon funt-sterlinq ayırıb, Rusiyaya sanksiyalar tətbiq edib
Britaniya CO2 tutma obyektlərinin yaradılmasına 28,4 milyard dollar ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər