Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişləndirilir
sizinxeber.az xəbər saytı

Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişləndirilir


Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişləndirilir.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə Türkiyənin yeni təyin olunmuş səfiri Mustafa Türker Arisin görüşündə bildirilib.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında iqtisadi əməkdaşlıq ildən-ilə inkişaf edir. Bu dinamika həm investisiya, həm də turizm sektorlarında özünü göstərir.

Tərəflər həmçinin nəqliyyat və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Bildirilib ki, bu istiqamətlər regionda iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin artırılmasında mühüm rol oynayır.

Oxşar xəbərlər

Gürcüstan və ABŞ Amerikanın yeni administrasiyası ilə əməkdaşlığı müzakirə edib
Gürcüstanlı nazir Azərbaycanda keçirdiyi görüşlərdən danışıb
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Gürcüstanın yeni iqtisadiyyat naziri təyin olunub
Mixail Kavelaşvili: Gürcüstan ərazi bütövlüyünə Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər