"Neftçi" Yuri Vernudubla müqavilə müddətini uzadıb
sizinxeber.az xəbər saytı

"Neftçi" Yuri Vernudubla müqavilə müddətini uzadıb


"Neftçi" baş məşqçisi Yuri Vernidubla yeni müqavilə imzalayıb.

Bu barədə "Sizinxeber.az"a paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.

"Neftçi"nin Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.

H.Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:

"Klubumuz üçün xeyirli olsun. "Neftçi"nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də UEFA Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik".

C.Sümer isə birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:

"Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba "Neftçi"dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq".

Oxşar xəbərlər

"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
"Neftçi" rəsmisi: "Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq"
"Neftçi" Elvin Camalovla müqavilənin müddətini uzadıb
Premyer Liqa təmsilçisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb
“Neftçi”nin baş icraçı direktoru: "Komanda yeni mövsümdə kuboklar qazanmaq niyyətindədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər