Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
sizinxeber.az xəbər saytı

Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb


Bu ilin yanvar-may aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 603.6 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 21,06% və ya 105 milyon manat, aylıq müqayisədə isə 25,6% və ya 123 milyon artıb.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,97% və ya 369 milyon manat artaraq 38 milyard 548.3. milyon manat təşkil edib.

Xatırladaq ki, yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 1 milyard 798.6 milyon manat faiz gəliri əldə ediblər.

Oxşar xəbərlər

Ötən ay fiziki və hüquqi şəxslər 100 mln. manat depozit gəliri əldə ediblər
I rübdə fiziki və hüquqi şəxslər 300 mln. manata yaxın depozit gəliri əldə ediblər
İki ayda fiziki və hüquqi şəxslər 200 mln. manata yaxın depozit gəliri əldə ediblər
Banklar 9 ayda 636 mln. manat depozit faizi ödəyiblər
Banklar 8 ayda 570 mln. manat depozit faizi ödəyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər